Şimali Koreya lideri əmr verdi: Döyüşə hazır olun

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In orduya düşmənə hər an zərbə endirməyə hazır olmaq barədə tapşırıq verib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
“Münaqişənin qarşısını almaq üçün ABŞ doğru seçim etməlidir. Rəsmi Vaşinqton Koreya yarımadasında gərginliyi azaltmaq və təhlükəli hərbi qarşıdurmanın qarşısını almaq istəyini əməli şəkildə nümayiş etdirməlidir",-deyə KXDR lideri bildirib.
Qeyd edək ki, Kim Çen In ordunun Quam adası istiqamətində raket buraxılması planları ilə də tanış olub.