Trampın təhdidinə Venesuela hərbi təlimlərlə cavab verdi

ABŞ prezidenti Donald Trampın Venesuelaya mümkün müdaxilə ilə bağlı bəyanatına Nikolas Maduro hökumətindən cavab gəlib. Belə ki, Venesuela hökuməti xarici müdaxilələrdən müdafiə olunmaq məqsədilə hərbi təlimlər keçirmək qərarı qəbul edib.
Prezident Nikolas Maduro elan edib ki, manevrlər 26-27 avqust tarixinə planlaşdırılıb.
Bu arada ABŞ-ın vitse-prezidenti Mayk Pens bir daha bəyan edib ki, Vaşinqton Venesuelada demokratiyanın bərpası üçün bütün mümkün tədbirləri görəcək.