Milyarder Bill Qeyts 4.6 milyardlıq ianə etdi

Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts 4,6 milyard dollarlıq ianə edib.
Bu barədə ABŞ-ın Federal Qiymətli Kağızlar üzrə Komissiyasının hesabatında bildirilib.
İnformasiyaya əsasən, amerikalı milyader öz şirkətinin aksiyalarının 5 faizini bağışlayıb. Amma ianəni alan tərəfin adı açıqlanmayıb.
Məlumata görə, bu, 2000-ci ildən sonra milyaderin etdiyi ən böyük məbləğdə ianədir.
Bill Qeytsin bu addımı həyat yoldaşı Melinda ilə birlikdə yaratdığı Xeyriyyə Fondu vasitəsilə atıldığı güman olunur.
Qeyd edək ki, B.Qeytsin var-dövlətinin 84,4 milyard dollar dəyərində olduğu bildirilir.