Suriyalı müxalif liderdən ŞOK etiraf: ABŞ və Körfəz ölkələrinin hiyləsini 7 il sonra başa düşdüm

Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının üzvü Bəssam Məlik istefa edərək Türkiyədən Suriyanın paytaxtı Dəməşqə qayıdıb. Müxalif lider bildirib ki, ABŞ və Körfəz ölkələrinin Suriyanı parçalamaq istəyini başa düşüb və buna görə koalisiyadakı postundan istefa verib.
Bəssam Məlik mövzu ilə bağlı yaydığı bəyanatda qeyd edib ki, ABŞ, Körfəz ölkələri və Qərbin Suriya hiyləsini 7 il sonra başa düşüb və bu planın tərkib hissəsinin Suriyanı parçalamaq olduğunu gec də olsa anlayıb.
Qeyd edək ki, Suriyada qarşıdurmalar başlayarkən 2011-ci ilin sonlarına yaxın Dəməşqdən Türkiyəyə qaçan Məlik, orada demokratik qüvvələr adlı təşkilat qurub. O, Suriyanı tərk etməmişdən öncə Dəməşq Ticarət Palatasına rəhbərlik edirdi.