Dağıstanda “Xunzax` qruplaşmasının lideri öldürüldü

Rusiya Federasiyasının Dağıstan Respublikasında keçirilən əməliyyat zamanı “Xunzax" qruplaşmasının lideri Hacımurad Hacıyev zərərsizləşdirilib. Bu barədə ölkənin Milli Anti-terror Komitəsi məlumat yayıb.
Məlumata görə, Xunzax rayonunun Orota kəndində aparılan xüsusi əməliyyat nəticəsində təslim olmaq istəməyən qruplaşma lideri təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.