Türkiyədə 35 jurnalist saxlanıldı

İstanbul Prokurorluğunun FETÖ təşkilatının media qolu ilə bağlı başlatdığı istintaq çərçivəsində 35 mətbuat nümayəndəsi haqqında saxlanma qərarı seçilib.
Siyahıda adı yer alan qəzet işçiləri “bylock istifadəçisi” iddiası ilə saxlanılıblar.
Həmin şəxslər arasında “Birgün" qəzetinin redaktorlarından Burak Ekici də var. Saxlanılan şəxslərin evlərində axtarışlar aparılır.