Cənubi Koreyalılar Kimdən daha çox Trampa görə narahatdırlar

Donald Tramp Şimali Koreyaya “misli görünməmiş atəş və qəzəb”lə cavab veriləcəyini dedikdən bu yana Koreya yarımadasında ehtimal olunan müharibə əvvəlkindən daha da real görünməyə başlaylb.
NPR media qrupunun Seuldakı müxbiri Elise Hu apardığı sorğu ilə Cənubi Koreyalıların fikrini öyrənmək istəyib. O, qeyd edib ki, Cənubi Koreya yarım əsrdir ki, Şimali Koreya təhlükəsi ilə yaşayan bir yerdir. Xalqın xəbərləri həddindən artıq çox izlədiyini qeyd edən Hu vurğulayıb ki, amerikalıların Şimali Koreya barədə dedikləri eynilə tərcümə olunmur. Bu da ölkədə ciddi təşvişin qarşısını alıb. Hu qeyd edib ki, Koreya Tvittter sosial şəbəkəsində ən çox müzakirə olunan mövzu yay tətilinə bir həftə də əlavə edilməsi olub.
Koreya xalqı siyasi məsələlərə çox aktiv yanaşan xalqdır. Bunun bariz nümunəsi də prezidentə qarşı etirazlarda və onun impiçmenti üçün milyonlarla insanın meydana toplaşmasıdır. Onlar Tramp haqqında da bilgiyə sahibdirlər.
Hu qeyd edib ki, cənubi koreyalılar Kim rejiminə Trampdan daha çox bələddirlər. Cənubi koreyalıları Kimdən daha çox Trampın narahat etdiyi bildirilir. Aparılan sorğuya görə məlum olub ki, əhali Trampın Cənubi Koreya prezidentini irrasional qərar qəbul etməyə sövq edəcəyindən narahatdır.
May ayında prezident seçilən Mun Ceyə-İn Trampla telefon danışığı zamanı məsələni sülh yolu ilə həll etməyin tərəfdarı olduğunu bildirib.
Məlum olub ki, cənubi koreyalılar Kim rejiminə təhlükə kimi deyil, bir zarafat kimi yanaşırlar. Cənublular Kimin adını çəkərkən onun soyadını hallandırmırlar. Onlar gənc dikatatoru Çem-un-ee adlandırırıar və bu Koreya dilində hörmətsizlik hesab edilir.
Ümumiyyətlə, cənublular müharibə ola biləcəyini düşünmürlər. Yerli əhaliyə görə aktiv müharibə qeyri-real görünür.