Türkiyə ordusundan əməliyyat: 3 PKK-çı məhv edildi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında hava əməliyyatı keçirib.
Hava hücumu Avaşin-Basyan bölgəsində təşkil edilib.
Əməliyyat nəticəsində 3 PKK terrorçusu zərərsizləşdirilib. Terrorçular tərəfindən istifadə olunan ləvazimat anbarları və hərbi təchizat məhv edilib.