ABŞ xüsusi təyinatlıları Suriya sərhədinə yeridildi

"Etiraf edirəm ki, ABŞ xüsusi qüvvələri Livanda fəaliyyət göstərir".
Bu sözləri Pentaqonun sözçüsü Erik Pahon deyib.
“Xüsusi qüvvələrimiz bölgədə Livan ordusuna təhsil vermək və dəstək olmaq üçün ölkənin Suriya sərhədinin şimal-şərqində məskunlaşıb”, - Pahon bildirib.