Nigeriyada `Boko Haram` terrorçuları 31 balıqçını öldürüb

Nigeriyanın şimal-şərqində "Boko Haram" terror qruplaşmasının yaraqlılarının hücumları nəticəsində 31 balıqçı həyatını itirib. Terrrorçular Çad gölü üzərində yerləşən Duquri və Dabad Banzam şəhərinə hüzum zamanı sivil şəxsləri qətlə yetirib.
Nigeriya hökuməti Çad gölü üzərində yerləşən bölgələrdə balıq ovunu qadağan etsə də, yaxın günlərdə qadağanı geri götürüb. Buna səbəb isə "Boko Haram" terrorçularının bu qadağadan istifadə edərək balıq biznesi qurmasıdır.
Ehtimal olunur ki, öldürülən 31 balıqçı terrorçularının balıq biznesinə ziyan vurduğu üçün öldürüblər.