Çin Şimali Koreyaya qarşı sanksiyaları dəstəkləyəcək

Çin rəhbərliyi Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı BMT Təhlükəsizlik Şurasının qəbul edəcəyi sanksiyaları dəstəkləyəcək. Rəsmi Pekin açıqlayıb ki, bu addımı beynəlxalq nüvə silahının yayılmamasının qarşısını almaq, eyni zamanda dünya və regionda sülh və sabitliyin dəstəklənməsi üçün atacaq.
Qeyd edək ki, Çin Şimali Koreyanın əsas ticarət tərəfdaşıdır. Stokholm Problemlərin Araşdırılması İnstitutunun (SIPRI) açıqladığı rəqəmlərə əsasən, 2015-ci il ərzində ikitərəfli ticarət 5,51 milyard dollara çatıb, KXDR-in xarici ticarət dövriyyəsinin 88,16 faizi isə Çinin üzərinə düşüb.