İŞİD hücum etdi, ABŞ isə terrorçulara dəstək verdi

İraqın "Həşduş-Şəbi" (xalq könüllüləri) ordu birləşməsi İŞİD terrorçularının hücumuna məruz qalıb. İraq-Suriya sərhədində yerləşən Ekaşat rayonuna hücum çəkən terrorçulara ABŞ Hərbi Hava Qüvvələri də havadan dəstək verib.
İraqın qərbində baş verən qarşıdurma zamanı "Həşduş-Şəbi" döyüşçülərinin 40 nəfər itki verdiyi, 80 döyüşçünün isə yaralandığı bildirilir. ABŞ tərəfi terrorçulara qarşı döyüşən İraq ordusunun silahlılarına hansı səbədən avia zərbə endirməsinə münasibət bildirməyib.
Qeyd edək ki, İŞİD terrorçularının nəzarət etdiyi İraq-Suriya sərhəddinin bir qismi "Həşduş-Şəbi" döyüşçüləri geri almağı bacarıb.