Bir həftədə 35 terrorçu zərərsizləşdirilib

Türkiyənin Daxili İşlər Nazirliyi ölkə daxilində 24-31 iyul tarixləri arasında keçirilən terror əməliyyatlarında 35 terrorçu zərərsizləşdirildiyini açıqlayıb.
Son bir həftədə separatçı terror təşkilatlarıyla mübarizə çərçivəsində təhlükəsizlik qüvvələri 1157 əməliyyat keçirib.
Əməliyyatlarda təşkilata yardım və vasitəçilik etdikləri iddiasıyla 243, İŞİD terror təşkilatı ilə əlaqəli olduqları iddiasıyla 57, FETÖ ilə mübarizə çərçivəsində 593, sol terror təşkilatları mübarizəsi çərçivəsində isə 28 şübhəli saxlanılıb.
Əməliyyatlarda, 17-si ölü, 11-si təslim, 7-si sağ olmaqla 35 terrorçu zərərsizləşdirilib.
Bingöl, Van, Şırnak, Hatay və Diyarbəkirdə aparılan əməliyyatlarda terror təşkilatı mənsublarının istifadə etdiyi 26 sığınacaq, mağara və 97 əldədüzəltmə partlayıcı və mina məhv edilib.
Təhlükəsizlik qüvvələri 600 kiloqram partlayıcı hazırlanmasında istifadə edilən maddə, 165 qumbara, 38-i ağır olmaqla 44 silah ələ keçirib.