ABŞ-ın silahları separatçıları qorxutdu

ABŞ-ın Ukraynaya silah göndərməsi Kiyev tərəfindən Donbasda müharibə başlanmasına təşviq kimi qəbul ediləcək.
Bu sözləri qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko deyib.
“ABŞ-ın Ukraynaya istənilən silahı verməsi, hücum üçün bir təşviqat olaraq qiymətləndiriləcək. ABŞ Minsk razılaşmalarını pozmaq, Normand dördlüyünü dağıtmaq istəyir. Onlar üçün bu prosesə daxil olmaq çox önəmlidir. Əgər proses ABŞ-da qanun qəbul olunması səviyyəsində baş verərsə, demək bu, Ukraynaya müharibə başlamaq üçün çağırışdır”, - Zaxarçenko bildirib.