Rusiyada hərbi hissədə ruslarla tuvalılar arasında qanlı toqquşma

Rusiyanın Sverdlovsk vilayətində Tuvadan olan müqaviləli 60 hərbçi ilə yerli qarnizonun yüz əsgəri arasında baş verən dava nəticəsində 14 nəfər bıçaq yarası alıb.
Hadisə Sverdlovsk vilayətindəki Yelan 473-cü kiçik hərbi mütəxəssislərin təlim mərkəzində, 31612 saylı hərbi hissədə baş verib.
Məlumata görə, üç ay əvvəl Tuvadan bu mərkəzə 60 müqaviləli hərbçi ezam olunub. Kursun son günü onlar spirtli içki alaraq təlimi başa vurmalarını qeyd etmək istəyiblər. İçdikdən sonra qarnizondakı hərbçilərin onlara verdikləri əzab və işgəncəni yada salıblar. Sonra bıçaqla silahlanaraq onların kazarmasına hücum ediblər.
Dava nəticəsində 12 əsgər və bir zabit yaralanıb. iki nəfərin əziyyəti ağırdır.