Los-Ancelesdə Çin səfirliyinə atəş açılıb

Kaliforniyanın Los Anceles şəhərində atışma olub. Naməlum şəxs öz avtomobilindən Çin konsulluğuna atəş açıb.Bu barədə Los Angeles Daily News xəbər verib.
Qəzet bildirir ki, atışmadan sonra kişi özünü öldürüb. Məlum olub ki, atəş açan şəxsin 60 yaşı olub. Konsulluğun əməkdaşları və yoldan keçənlər arasında zərərçəkən yoxdur.
Sonradan məlum olub ki, özünü öldürən şəxs Çin vətəndaşı olub.