Kraliçanın əri 96 yaşında təqaüdə çıxdı

Böyük Britaniya kraliçası II Yelizavettanın əri, 96 yaşlı Edinburq hersoqu Filip kral səlahiyyətlərini yerinə yetirməkdən imtina edərək təqaüdə çıxmaq qərarına gəlib.
Britaniya KİV-i məlumat verir ki, II Yelizavetanın həyat yoldaşı həmçinin sonuncu dəfə ictimai tədbirlərdə iştirak edəcək.
Belə ki, şahzadə Filipp bu gün sonuncu dəfə Kral Hərbi Dəniz Qüvvələrinin idman turnirinin finalına rəsmi şəxs kimi qatılacaq.