ABŞ diplomatların ailəsini bu ölkədən çıxarır

ABŞ Venesuelada yaşayan vətəndaşlarından və ABŞ səfirliyindəki nümayəndələrinin ailələrindən ölkəni tərk etmələrini istəyib.
ABŞ Dövlət Departamenti Venesuelada baş verən iğtişaşlarla əlaqədər olaraq belə bir addım atıb.
Qeyd edək ki, Venesuelada artıq bir neçə aydır etiraz aksiyaları səngimək bilmir. Əhali Prezident Maduronun istefaya getməsini tələb edir. Maduro isə öz növbəsində ölkədəki bütün bəlaların əsas günahkarının ABŞ olduğunu söyləyir.