Tramp administrasiyasının əməkdaşı Ağ Evin aparat rəhbərinə: “Ağlını itirmiş gicbəsər”

Ağ Evin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Entoni Skaramuççinin adı yeni qalmaqala qarışıb. Bu yaxınlarda onun administrasiyanın rəhbəri Rayan Pribus haqqında sərf etdiyi sözlər mətbuatın gündəminə bomba kimi düşüb.
Skaramuççi The New Yorker qəzetin jurnalisti Rayan Lizza ilə söhbətində Ağ Evin aparat rəhbərinin “ağlını itirmiş gicbəsər, paranoik” adlandırıb.
Buna səbəb Rayan Lizzanın qəzetdə yazdığı bir məqalə olub. Həmin məqalədə Lizza Ağ Evin yüksək rütəbəli məmuruna istinadən Donald Trampın bir axşam Skaramuççi, birinci ledi Melaniya Tramp, FOX Nyus kanalının aparıcısı Şon Hanniti və telekanalın keçmiş icraçı direktoru Bill Şaynla axşam yeməyi yediyini yazıb.
Entoni Skaramuççi
Skaramuççi jurnalistdən ona bu informasiyanı kimin ötürdüyünü soruşub. O, jurnalistin mənbəyinin adını çəkmədiyini təqdirdə Ağ Evin bütün personalını işdən qovmaqla hədələyib.
Skaramuççi hesab edir ki, onun prezidentlə şam yeməyi yediyi barədə informaisyanı sızdırılmasının arxasında şəxsən Ağ Evin rəhbəri Rayan Praybusun özü dayanıb:
“Onların hamısını qovacağam. Əgər bu Rayan Praybusdursa, onu da istefaya getməyə məcbur edəcəklər”.
Skaramuççi və Pribus artıq uzun müddətdir ki, bir-birilə münaqişə içindədirlər.
Lizza adi şam yeməyinin məxfilikdə saxlanmasının hansı səbəbdən əhəmiyyətli daşıdığını soruşduqda Skaramuççi işə yeni başladığını və işlə bağlı “bal ayını” rahatlıqla keçirmək istədiyni bildirib.
Skaramuççinn sözlərinə görə, şam yeməyinə dəvət edilməməsi Pribusa rahatlıq verməyib: “Rayns paranodial şizofrenik, əsl gicbəsərdir”.
Qeyd olunur ki, Skaramuççinin Ağ Evə gəlişi Trampın komandasında əsl çaxnaşma yaradıb.
Qəzetlərin yazdığına əsasən, Rayan Pribus əvvəldən Skaramuççinin Ağ Evə dəvət olunmasının əleyhinə olub və son həftələrə qədər onun təyinatını gecikdirməyə müvəffəq ola bilib.
Rayan Praybus
Skaramuççinin ictimaiyyətlə əlaqələr deparamentinin direktoru təyin olunmasına etiraz olaraq Ağ Evin mətbuat katibi Şon Spayser də vəzifəsindən getmişdi.
Skaramuççi vaxtilə Trampın yaxın dostu və müşaviri Stiv Bennonu da təhqir etməklə yadda qalıb.
O, Bennonu kobud ifadələrlə mətbuatın diqqətinə düşmək üçün can atmaqda ittiham edib.