Navaz Şәrif korrupsiya ittihamına görә istefa verdi

Mәhkәmә onun vә ailәsinin әmәllәrini araşdırmağa qәrar verdi
Pakistanın baş naziri Navaz Şәrif istefa verib. Buna sәbәb Pakistanın Ali Mәhkәmәsinin onunla bağlı verdiyi qәrardır. Mәhkәmә baş nazirin vәzifәdәn kәnarlaşdırılması haqda qәrar çıxarmışdı.
Nәvaz Şәriflә bağlı Pakistan hüquq-mühafizә orqanları onun övkadlarının adı Panama sәnәdlәrindә aşkar edilәndәn sonra araşdırmaya başlamışdı. Hәrçәnd, N.Şәrif ofşorlarda aktivlәrinin olduğu iddialarını rәdd edirdi. Lakin İslamabad mәhkәmәsi bu iddiaları әsaslı sayaraq, N.Şәrifin vәzifәdәn kәnarlaşdırılmasına yekdilliklә sәs verib. Mәhkәmәnin qәrarından sonra N.Şәrif istefa vermәyә mәcbur olub. İstefa barәdә mәlumatı baş nazirin ofisi yayıb.
Mәhkәmә hakimlәrindәn biri, Eyaz Әfsәlxan bildirib ki, N.Şәrif heç parlament üzvü kimi dә fәaliyyәt göstәrә bilmәz.
Pakistanın daxili işlәr naziri Çodri Nisar әl Xan isә Navaz Şәrifә tövsiyә edib ki, mәhkәmәnin qәrarını qәbul etsin.
Mәhkәmә antikorrupsiya işi çәrçivәsindә bir neçә şәxsin – Navaz Şәrifin, onun qızı Mәryәmin, hәyat yoldaşı Sәftәrin, maliyyә naziri İşaq Darın vә başqalarının işinin araşdırılması barәdә dә qәrar çıxarıb.