Misirdə 6 qazaxıstanlı tələbə itkin düşüb

Qazaxıstan Xarici İşlər Nazirliyi 6 vətəndaşının itkin düşməsi ilə bağlı Misirə nota göndərib. Bu barədə "İnterfaks" agentliyi xəbər verib.
Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib ki, qazaxıstanlı iki magistr 2 aylıq dil kursları üçün Qahirəyə gəlsə də, itkin düşüblər.
Qeyd edək ki, tələbələr həmyerliləri olan digər qazaxıstanlı 6 tələbə ilə bir evdə qalıblar. 6 tələbədən 20 iyul tarixindən etibarən xəbər almaq mümkün olmayıb.