Misirdə 43 aktivistə ömürlük həbs cəzası verilib

Misir Cinayət Məhkəməsi 2011-ci ilin sonlarında anti hökumət etrazları ilə əlaqədar təkrar məhkəmə prosesi çərçivəsində 43 fəala ömürlük həbs cəzası verib.Onlar 2011-ci ildə Qahirədə qarşıdurmalar zamanı vandalizm və təhlükəsizlik qüvvələrinə hücumda ittiham olunublar. Xatırladaq ki, anti-hökumət aksiyalarında 17 nəfər həlak olmuş, 2000-dən artıq insan yaralanmışdı.
Müttəhimlər həmçinin 950 min dollar məbləğində cərimələniblər.
Bundan başqa daha 9 nəfər 10 il müddətinə, 1 nəfər 5 il müddətində həbsə məhkum olublar.
Daha 92 nəfərə bəraət verilib.