ABŞ-da prezidentin mühafizəçisi təsadüfən özünü güllələyib

Çərşənbə axşamı günü Vaşinqtonda Amerikanın Məxfi Xidmətinin əməkdaşı tabel silahından təsadüfən özünə atəş açıb.Məlumata görə həmin vaxt o postda olub.
Hazırda onun həyatına heç bir təhlükə olmadığı bildirilir.
Qeyd edək ki, ABŞ Məxfi Xidməti dövlətin birinci şəxslərinin mühafizəsi ilə məşğul olur.