Iordaniyadakı İsrail səfirliyinə hücum: 2 ölü var

İsrailin İordaniyadakı səfirliyinə silahlı hücum olub. Paytaxt Əmman şəhərində yerləşən səfirlik binasına silahlı şəxs daxil olmaq istəyib.
"RİA Novosti" xəbər verir ki, diplomatik korpusa hücum zamanı 2 nəfərin həyatını itirməsi bildirilir. Ölənlərdən birinin İsrail, digərinin isə İordaniya vətəndaşları olduğu deyilir.
Qeyd edək ki, İsrail rejiminə məxsus səfirliyə hücum Qüdsdə müsəlmanlara qarşı qeydi-adekvat münasibətlə əlaqələndirilir.