Trampın eks sözçüsü Ağ Evdə soyuducu oğurlayıb

Ağ Evin sabiq mətbuat katibi Şon Spayser dövlətə məxsus soyuducunu oğurlamaqda ittiham olunub. Bu barədə "Wall Street Journal" Spayserin iyulun 21-də istefasından bir gün sonra xəbər verib.
Nəşrin yazdığına görə, Donald Tramp administrasiyasının Ağ Evin mətbuat katibi vəzifəsinə təyin etdiyi Spayser vəzifədə olduğu ilk günlərdə soyuducuya ehtiyac duyub. Bu zaman Şon Spayser Ağ Evdə vəzifəcə ondan kiçik əməkdaşlardan kiçik soyuducunun ona verilməsini istəyib. Ağ Evin əməkdaşları buna etiraz edib. İş qurtardıqdan sonra Speyser hamının getdiyini görərək soyucunu öz otağına gizlicə aparıb.