Dollar Trampın fəaliyyətinin araşdırılması səbəbindən ucuzlaşır

ABŞ dollarının məzənnəsi Prezident Donald Trampın fəaliyyətinin araşdırılması səbəbindən ucuzlaşmağa davam edir.
ABŞ-da Trampın prezidentlik kampaniyasını və onun Rusiya ilə münasibətlərini araşdıran prokuror fəaliyyət dairəsini daha da genişləndirərək Trampın şirkətlərinin və münasibətdə olduğu insanların pul dövriyyələrini də incələməyə başlayıb.
Federal Araşdırmalar Bürosu (FBI) tərəfindən rusların Trampın inşaatlarından aldığı əmlaklar, Nyu-Yorkdakı "SoHo"da Trampın ruslarla əlaqələri və Trampın rus oliqarxa 2008-ci ildə Floridada satdığı malikanə satışı araşdırılır.
Bu xəbər dolların qlobal valyuta bazarında ucuzlaşmasına səbəb olub. Belə ki, dünən ECB sədri Mario Draginin qarışıq açıqlamalarından sonra dollar Tramp xəbəri ilə avroya qarşı ucuzlaşaraq son 2 ilin minimal səviyyəsinə enib. Qeyd edək ki, hazırda məzənnə 1,1640 USD/EUR səviyyəsində qərarlaşıb.