ABŞ Suriyada müharibəyə hazırlaşır: gizli baza tapıldı - FOTO
Almaniyanın Bild qəzetinin xəbərinə görə, ABŞ Suriyadakı müharibəyə daha böyük bir həmlə üçün güclü hazırlıqlara başlayıb.
Qəzet peyk görüntülərində ABŞ-ın Suriyanın şimalındakı Kobani yaxınlığında gizli hava qoşunlarının bazasını aşkar edib. Hərbi aerodrom 235 futbol meydanı böyüklüyündədir.

"Bild"in yaydığı fotonun sağ qismində ABŞ Hava qüvvələrinə aid "C-130 Hercules" təyyarələrinin saxlanıldığı ərazi görünür.

Adı açıqlanmayan jurnalist qəzetə ABŞ-ın kürdləri (PKK-nın Suriya qolu YPG-ni) Əsəd və Türkiyəyə qarşı uzun müddət müdafiə etmək üçün hazırlıq keçdiyini qeyd edib. Bild qəzeti bu gizli hərbi aerodromun olduğu bölgənin çox gizli saxlanıldığını, onlayn xəritələrdə görünmədiyini yazıb.










