Ukraynada deputat həmkarının üzünə tüpürüb

Ukraynanın Peçorsk Məhkəməsinin binası yaxınlığında Ali Radanın deputatları arasında əlbəyaxa dava yaranıb. Buna səbəb "Radikal" Partiyasının deputatı İqor Mosiyçukun "Pyotr Poroşenko Bloku"ndan olan deputat Sergey Kaplinin üzünə tüpürməsidir.
İqor Mosiyçuk məhkəməyə deputat Oleq Lyaşkoya dəstək üçün gələrkən zalda Sergey Kaplini görüb. Bundan sonra tərəflər arasında mübahisə şiddətlənib.