Separatçılar Ukraynada yeni Malorossiya dövlətini yaratdıqlarını elan etdilər

Qondarma Donesk Xalq Pespublikasının rəhbəri Aleksandr Zaxarçenko yeni dövlətin yaradıldığını elan edib. Malorosiya adlanan yeni dövlət (Krımı çıxmaqla) Ukrayna sərhədləri daxilindədir. Ölkənin paytaxtı Donesk elan olunub, Kiyev isə paytaxt statusu olmayan tarixi mədəni mərkəz kimi tanınıb.
Zaxarçenko «yeni dövlətdə» 3 il müddətinə fövqəladə vəziyyət təklifini irəli sürüb. Bu müddət ərzində siyasi partiyaların fəaliyyəti qadağan olunacaq, həmçinin Odessa, Maydan və Donbas cinayətləri araşdırılacaq.
Malorossiyanın bayrağı isə Boqdan Xmelniskovun bayrağı olacaq.