Venesuela müxalifəti əhalini ümumxalq tətilinə çağırdı

Venesuelada müxalifət əhalini iyulun 20-də 24 saatlıq ümumxalq tətilinə çağırıb.
Müxalifət həmçinin tərəfdarlarını küçə aksiyalarına çıxmağa və prezident Nikolas Maduoroya qarşı son həmləyə səsləyib.
Qeyd edək ki, iyulun 16-da Venesuelada ümumxalq referendumu keçirilib. 7,2 milyon nəfərin iştirak etdiyi referendumda əksəriyyət prezidentin təşəbbüsünü – Konstitusiyaya dəyişiklik layihəsini dəstəkləməkdən imtina edib.
Hökumət referendumun nəticələrini tanımadığını və niyyətini həyata keçirməkdə qərarlı olduğunu bəyan edib.
Maduro ölkədə yeni qanunverici orqanın yaradılmasını istəyir. Bu orqan Konstitusiyada dəyişiklik etmək səlahiyyətinə malik olacaq.
Mövcud parlamentdə prezident Maduronun istefasını tələb edən müxalifət üstünlük təşkil edir.