Tramp Fransa prezidentinin xanımına "formadasan", deyib - videofakt

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı ilə əllə görüşdükdə Donald Tramp ona “çox yaxşı fiquranız var” deyib.
“Çox yaxşı formadasınız. Sizin çox gözəl fiquranız var” – Tramp xanım Makrona iltifat edib.
Parisə xoş gəldin tədbirində Bricit və Tramp arasında qəribə əl görüşməsi oldu. Tramp yenə də qarşı tərəfin əlini çəkmək ənənəsini davam etdirmək istəyib, lakin Bricitin də buna görə hazırlıq gördüyü kameralara düşüb. İkili əllə görüşərkən danışmağa davam edib.
Bu, Donald Trampın ilk qeyri-adi görüşməsi deyil. May ayında Tramp və Fransa prezidneti Emmanuel Makron çox uzun müddət əllə görüşüblər.
Fransa prezidenti sonradan bunun çox dərin mənasının olduğunu qeyd edib.
“Mənim onunla əl görüşməm çox məsumdur. Bu siyasətin nə alfası, nə də omeqasıdır, sadəcə olaraq güvən anıdır” – Makron açıqlama verib.
Trampın dünya liderləri ilə əllə görüşmələri müzakirə edilən mövzulardandır. Yaponya baş naziri Şinzo Abe fevral ayında Vaşinqtonda Trampla əllə görüşərkən bu, 19 saniyə davam etdi. Hətta Tramp bir neçə dəfə baş naziri özünə tərəf çəkib. Lakin bir ay sonra Almaniya kansleri Merkellə isə əllə görüşməkdən imtina edib.
Trampın özünə tərəf çəkərək əllə görüşmə adətini ekspertlər güc göstərisi olaraq qələmə verir.