Türkiyəyə sürpriz ziyarət! ABŞ Hərbi Hava Qüvvələri komandanı Ankarada

ABŞ Hərbi Hava Qüvvələri komandanı general David L.Goldfein Türkiyəyə sürpriz səfər edib.
Komandan Goldfein paytaxt Ankarada müxtəlif görüşlər keçirəcək.
Qeyd edək ki, general David L.Goldfein ötən ilin avqust ayında da İncirlikdə yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin 39-cu Cinah Komandanlığını ziyarət etmişdi.
Bazanın rəsmi internet saytında Goldfeinın Suriyada İŞİD-ə qarşı aparılan "Təbii qətiyyət" əməliyyatlarını yerində araşdırmaq və əməliyyata qatılan müttəfiqlərlə müzakirə üçün baza gəldiyi yazmışdı.