Pakistanın baş nazirinin ölkədə çıxışına qadağa qoyulmasına çağırış edilib

Pakistanda Təhrik-e-İnsaf partiyasının əsasını qoyan İmran Xan Ali Məhkəməyə müraciət edərək, Panama sənədləri ilə bağlı qərarı verməzdən öncə ölkənin baş naziri Navaz Şərifin ölkədən çıxışına qadağa qoymağa çağırıb.
Bu barədə siyasətçi İslamabadda keçirilən mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə hakim banda Ali Məhkəməyə hücum etməyə hazırlaşır.
«Dünənki mətbuat konfransında onlar birləşmiş istintaq qrupuna hücum edərək, onların hesabatını qəbul etmədiklərini bildiriblər. Onlar bu sözlərinə görə utanmalıdırlar», - deyə siyasətçi bildirib.
“Onlar birbaşa Ali Məhkəməni hədələyirlər”, - deyə o, hakim partiyanın ünvanına ittihamları səsləndirib.
Panamanın Mossack Fonseca hüquq firmasından sızmış sənədlərə əsasən Pakistanın baş naziri və övladları çirkli pulların yuyulmasında, həmçinin Pakistanın daxili və xaricində aktivləri gizlətməkdə ittiham olunurlar. Baş Nazirin işi Milli Məhkəməyə göndərilib.
Yeri gəlmişkən qeyd edək ki, Navaz Şərifin qızı 2006-cı il üçün sənədləri istintaqa verərək atasının korrupsiya ilə əlaqəsi ilə olmadığını sübut etməyə çalışıb. Lakin baş nazirin qızı sənədləri saxtalaşdırmaqda şübhəli bilinib. Belə ki, polislərdən, ordudan və maliyyəçilərdən ibarət ekspertlər bildiriblər ki2006-cı il tarixi ilə qeydiyyatdan keçən sənədlər Calibri şrifti ilə yazılıb, halbuki bu şriftlər 2007-ci ildə ictimaiyyətə təqdim olunub.
Microsoft kompaniyasının rəsmi nümayəndəsi də şriftin prezentasiyasının 2007-ci ildə təqdim olunduğun təsdiqləyib. Daşınmaz əmlakla bağlı maxinasiyalarda və offşor hesablarda təqsirləndirilən Şərif sənədlərin saxtalaşdırılmasında da ittiham oluna bilər.
Qeyd edək 4-cü dəfə seçilən baş nazir 2013-cü ildən hökumət başındadır.