Rusiya NATO-nun Qara dəniz təlimlərini nəzarətə aldı

Qara dəniz donanması NATO-nun “Dəniz küləyi 2017” hərbi təlimini diqqətlə izləyəcək.
Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Qeyd edək ki, bu təlim iyulun 10-dan 22-nə kimi keçiriləcək. Təlimdə 17 ölkə iştirak edəcək. Bunlar arasında Belçika, Türkiyə, Fransa, Britaniya, Gürcüstan, Norveç, Kanada və digərləri də olacaq.