BMT İraq hökumətini insan hüquqlarını pozmamağa çağırıb

BMT-nın insan hüquqları üzrə ali komissarı Zeyd Rad əl-Hüssey İraq hökumətini Mosulun İŞİD-dən azad edilməsindən sonra insan hüquqlarını pozmamağa çağırıb.
Bu barədə məlumat “Associated Press” agentliyində yer alıb. Komissar məsələ ilə bağlı bunları qeyd edib: “İŞİD-in cinayətləri dəhşətlidir, lakin bu, intiqam üçün əsas vermir”.
Onun sözlərinə görə, bu, İraq hökumətinin "qara siyahı"da olanları kütləvi cəzalandırması və güc yolu ilə Mosuldan çıxarması barədə təhlükə yaradır.
Xatırladaq ki, İraqın baş naziri Heydər əl-Abadi Mosulda İŞİD üzərində qələbə çalındığını rəsmən elan etmişdi.