Tramp: İraq və Suriyada İŞİD terrorçularının sayılı günləri qalıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, Mosul qələbəsi Suriya və İraqda İŞİD terrorçularının məhv edildiyini göstərir.
Bu barədə AFP Trampın bıyanatına istinadən yazıb.
"Mosuldakı qələbə İraq və Suriyada terrorçularının günlərinin sayı qaldığına işarə verir", - deyə Tramp bildirib.
ABŞ prezidenti İŞİD terrorçularının tamamilə məhv ediləcəyi sözünü verib və Mosul qələbəsinə görə İraq xalqını təbrik edib.
Qeyd edək ki, dünən İraqın baş naziri Heydər əl-İbadi Mosula gələrək qələbəni rəsmən elan edib.