ABŞ rəsmisi Qətər böhranına görə Küveytə gedir

ABŞ Dövlət katibi Reks Tillerson iyulun 10-da Qətər böhranıyla əlaqədar Küveytə səfər edəcək.
Onu Küveyt əmiri Şeyx Sabah Əhməd Cabir Əl-Sabahın bu ölkəyə dəvət etdiyi bildirilir.
Tillersonun əvvəlcə Hamburqda G20 sammitinə qatılacağı, sammitdən sonra Ukraynaya, iyulun 9-da isə Türkiyəyə səfər edəcəyi vurğulanıb.