“G20” sammitinin keçirildiyi Hamburqdakı toqquşmalarda 130 polis yaralanıb

“G20” sammitinin keçirildiyi Almaniyanın Hamburq şəhərində etirazçılarla polis arasında toqquşmalar davam edir.
Hadisələr nəticəsində xəsarət alan polislərin sayı 130 nəfərə çatıb. Onlardan 12 nəfərinin vəziyyətinin ağır olduğu, xidməti davam etdirə bilmədikləri bildirilib.
Toqquşmalar zamanı 37 nəfər saxlanılıb.