Rəcəb Tayyib Ərdoğan: Almaniya intihar edir

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Almaniyanın "Die Zeit" qəzetinə verdiyi müsahibədə Almaniya ilə Türkiyə arasındakı münasibətləri bu günə qədər həmişə qorumaq istədiklərini, hələ də bu istəyə malik olduqlarını bildirərək, "bundan sonrakı prosesdə də biz bir-birimizə möhtacıq, bunu qorumaq vəziyyətindəyik, çünki 3 milyon türkün orada olması adi bir hadisə deyil. Bizim orada 80 min türk şirkəti var və 480 min insan işlə təmin edirlər, bunu bir kənara ata bilmərik", - deyə söyləyib.
Iki ölkənin bir-biri ilə həmrəyliyinin şərt olduğunu ifadə edən Ərdoğan, "indi də G-20-yə gedəcəyik. Hamburqda G-20 toplantısı və orada vətəndaşlarımızla görüşək deyirik və alman orqanları hər yerə göstərişlər verirlər, "Ərdoğanı danışmağa qoymayacaqsınız" söyləyirlər. Belə bir anlayış ola bilərmi? Bu çox çirkin şeydir və mən belə şeyə rast gəlməmişəm. Almaniya intihar edir və bu bir siyasi intihardır" şərhini verib.