Türkiyədə növbəti FETÖ əməliyyatı: 31 universitet müəllimi barəsində həbs qərarı

Ötən ilin 15 iyununda baş verən çevriliş cəhdindən sonra ölkə boyu başladılan əmliyyatlar hələ də davam edir. Baş tutmayan çevrlişdə Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ (Fətullahçı Terror Örgütü) ittiham olunur.
Dövlət müəssisə və təşkilatlarında FETÖ terror təşkilatı üzvlərinin axtarışı nəticəsində "Bylock" proqram istifadəçiləri müəyyən edilən Ankara Universiteti şəxsi heyətindən 31 nəfər haqqında həbs qərarı çıxarılıb.