Tramp Ərdoğana söz verdi: "Şəxsən özüm..."

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla telefon danışığının detalları məlum olub.
Danışıq əsnasında regional və qlobal problemlərdən əlavə, ABŞ-da saxlanılan türklərin taleyi də müzakirə olunub.
Ərdoğan danışıq zamanı Trampdan məsələ ilə bağlı addım atılmasını istəyib. Tramp isə “Bununla şəxsən özüm maraqlanacağam” cavabını verib.
Qeyd edək ki, Ərdoğanın ABŞ-a səfəri zamanı Vaşinqtondakı Türkiyə səfirliyi önündə türk vətəndaşların iştirak etdiyi qrupla PKK üzvləri arasında qarşıdurma yaranıb. Hadisə nəticəsində 11 nəfər yaralanıb, ABŞ polisi 2 nəfər Türkiyə vətəndaşını saxlayıb.