ABŞ-a noutbukla uçmaq qadağası “Etihad” hava yolları şirkəti üçün qaldırılıb

ABŞ-a səyahət edən “Etihad” hava yolları ilə uçan sərnişinlər uçuş kabinəsində noutbuk və digər elektronik əşyalarını özləri ilə daşıya biləcəklər. ABŞ təhlükəsizlik rəsmiləri qadağanın Abu-Dabidən uçan hava yollarına aid edilməyəcəyini bəyan edib.
“Etihad” hava yolları Abu-Dabi beynəlxalq hava limanından ABŞ-a səyahət edən yeganə hava yolu şirkətidir. Hər həftə ABŞ-a 45 uçuş həyata keçirilir. Abu-Dabi hava limanınında artıq ABŞ-a məxsus təhlükəsizlik və miqrasiya rəsmiləri yerləşdirilib.
“Etihad” qərardan məmnun olduqlarını qeyd edib. “Etihad”dan əlavə BƏƏ-nin digər hava yolları şirkəti “Emirates” də qadağanın onlar üçün ləğv edilməsi üçün hərəkət keçib. Dubaydan uçan “Emirates” dünyanın ən böyük hava yolları şirkətidir.
Kabinədə telefondan böyük digər elektron əşyalarla ABŞ-a uçmaq qadağandır. Bu qadağa Yaxın Şərq və Afrikada səkkiz ölkədən gələn uçuşlara şamil edilir.
Mart ayından qüvvəyə minən qadağanın qoyulmasında məqsəd elektron əşyalardan istifadə edərək partlayışların törədilməsinin qarşısını almaqdır. Qərar hakimiyyətə gəldikdən sonra prezident Tramp tərəfindən imzalanıb.
Bu barədə danışan Təhlükəsizliyi Departamentinin mətbuat katibi təhlükəsizlik tədbirlərinin detalları haqda açıqlama verməyib.