Koreya: Dünyanın istənilən yerini vura bilərik

Raketlərimiz dünyanın istənilən yerindəki hədəfi məhv edə bilər.
Bu sözlər Şimali Koreyanın rəsmi dövlət qəzetində Koreya Xalq Ordusunun Strateji Qüvvələri günü ilə bağlı dərc edilən məqalədə yer alıb.
Qeyd edək ki, Donald Trampın ABŞ prezidenti olmasından sonra Şimali Koreyaya qarşı təzyiqlər artıb. Vaşinqton artıq Çindən Şimali Koreyanın öz nüvə silahından imtina etməsi üçün təyziqlər göstərməsini tələb edib. Pxenyan isə heç bir zaman ballistik raketlərdən imtina etməyəcəyini bildirib.