ABŞ-ı ciddiyə almaq lazımdır - BMT

ABŞ-ın Suriyada Əsəd rejiminin kimyəvi hücuma hazırlaşması ilə bağlı iddialarını ciddiyə almaq lazımdır.
Bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.
“Bunun ciddi xəbərdarlıq olduğunu düşünürəm. Ciddi xəbərdarlıqlar diqqətə alınmalıdır”, - Quterreş bildirib.
Qeyd edək ki, ABŞ Əsəd rejiminin növbəti kimyəvi hücuma hazırlaşdığını bildirib. Əsəd rejimi isə bu iddiaları rədd edib.