ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Bakay (Arizona ştatı) şəhəri yaxınlığında “Vans RV-7” yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb.
Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər ölüb. Onların adları açıqlanmır. Qəzanın səbəbləri hələ ki, məlum deyil.
Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi (FFA) və Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası (NTSB) araşdırma aparır.