Qətər açıqladı: Böhranın səbəbləri…

Körfəz ölkələri tərəfindən Qətər böhranın həlli üçün irəli sürülmüş maddələr əsassız iddialarla doludur.
Bu sözləri Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani Vaşinqtonda ABŞ Dövlət katibi Reks Tillersonla görüşü zamanı söyləyib.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreyn tərəfindən böhrana son qoyulması üçün təqdim edilən tələb siyahısı haqda danışan Sani “Bunlar tələb yox, sübut olunmamış iddialardır”, - deyib.
“Bu siyahı təqdim edilməzdən əvvəl problemin səbəblərini araşdırmaq lazımdır. Bundan sonra bütün tərəflərin də iştirakı ilə böhranın həlli üçün çıxış yolları təklif oluna bilər”, - Sani bildirib.