ABŞ qırıcılarını bölgəyə göndərdi

ABŞ Cənubi Koreyada keçiriləcək hərbi-hava qüvvələrinin təlimlərində iştirak məqsədi ilə nüvə silahı daşımaq imkanı olan 2 bombardmançı B-1B təyyarəsini bölgəyə göndərib.
“Renxap” agentliyi Cənubi Koreyanın təlimlərdə F-15K qırıcıları ilə təmsil olunacağını bildirib.
“ABŞ-ın hərbi təyyarələrini bu təlimlərə göndərməsi onun Şimali Koreyanın mümkün hava hücumu təklükəsi məsələsinə qətiyyətli mövqeyini ortaya qoyur”, - deyə məlumatda göstərilir.
ABŞ hərbiçiləri Kanvondo bölgəsində yerləşən Pxilson poliqonunda bombardman təlimləri də həyata keçirəcək.
Xatırladaq ki, bu, 2 ölkə arasında ilk təlim deyil. May ayının 29-da Şimali Koreyanın ballistik raketləri sınaqdan keçirməsinin ardından ABŞ bombardmançıları Cənubi Koreya səmasında uçuşlar həyata keçirmişdi.