ABŞ Suriya təyyarəsini vurdu: Rusiyadan reaksiya

Rusiya Xaric İşlər naziri Serqey Lavrov ABŞ nəzarətində olan koalisiyanın Suriyaya məxsus təyyarəni vurmasına reaksiya verib.
Pekində keçirilən BRİCS xarici işlər nazirləri görüşü zamanı təşkil edilən mətbuat konfransında Suriya haqqında belə deyib:
“Suriyanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət edilməlidir. Hər hansı bir hücum üçün Dəməşqin təsdiqi alınmalıdır. Bütün tərəflər buna riayət etməlidir. ABŞ nəzarətində olan Suriyadakı qüvvələr, həmçinin bütün tərəflər hökumətin razılığı ilə planlaşdırdığımız hücumları həyata keçirməlidir, təktərəfli hücumlar dayandırılmalıdır”.