Çində uşaq bağçasında partlayış nəticəsində 7 nəfər ölüb, 66 nəfər yaralanıb

Çinin Ciansu vilayətində uşaq bağçasının darvazasının yanında baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 66 nəfər yaralanıb.
Çin Mərkəzi Televiziyası (CCTV) xəbər verir ki, hadisə Fensian qəsəbəsində yerli vaxtla saat 16:50-də, uşaqların bağçadan evə buraxılması zamanı baş verib. İki nəfər yerində, digər 5 nəfər isə xəstəxanada keçinib. Yaralananların 9-nun vəziyyəti ağırdır.
Yerli hakimiyyət orqanları faktla bağlı təhqiqata başlayıb. Hələlik partlayışın səbəbi barədə məlumat verilmir.