Putin ABŞ-ın xüsusi xidmət orqanlarını günahlandırır

Rusiya prezidenti Vladimir Putin Çinə səfəri zamanı keçirdiyi mətbuat konfransında son günlər baş verən kiber-hücumu şərh edib. Virus 150 ölkədə kompütərlərə ziyan vurub.
Putinin sözlərinə görə, bunun arxasında ABŞ xüsusi xidmət orqanları dayanır. O eyni zamanda virusun yayılmasının arxasında Rusiyanın dayandığını inkar edib.
“Vurisun mənbəyinə gəldikdə, Microsoft rəhbərliyi açıq bəyan etmişdi ki, ilkin mənbə ABŞ xüsusi xidmət orqanlarıdır. Rusiyanın burda heç bir günahı yoxdur”, – deyə Kreml rəhbəri qeyd edib.